Ulu öndərin Milli Kitabxanada çıxışları


Polpred. com Polpred.com Medianin İcmalı. Mühüm nəşrlərin arxivləri işçilər tərəfindən fərdi toplanır. Rubrikatorlu məlumat bazası: 26 sahə / 600 mənbə / RF-nın 8 federativ dairəsi / 235 ölkə və ərazilər/ əsas materiallar / 3000 ölkə başçısı haqqında məqalələr və onların müsahibələri. Hər gün minlərlə xəbərlər, Rus dilində tam mətn, son 15 ilin informasiya agentliklərinin və işgüzar nəşrlərin ən yaxşı milyon mövzusu. Geniş axtarış imkanı. Bir kliklə yüzlərlə məqalələrin Word-ə eksport edilməsi. Sahələr və ölkələr üzrə İnternet-servislər.

   28.02.2017 | Mədəniyyət və Turizm Nazirliyi 5000-dən çox fonda malik olan mobil kitabxana proqramını oxucuların istifadəsinə təqdim edib.

Müxtəlif yaş qrupuna və kateqoriyaya malik oxucuları etibarlı, innovativ və operativ kitabxana-informasiya xidmətləri ilə təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılmış “Azərbaycan ədəbiyyatının virtual kitabxanası”nın bazası əsasında mobil kitabxana proqramı hazırlanaraq kitabsevərlərin istifadəsinə verilib. Oxucular “Mobil Kitabxana” - vBooks proqramını Play Marketdən ödənişsiz olaraq “Android” əməliyyat sistemi əsasında işləyən mobil telefona və digər elektron cihazlara yükləyə bilərlər. “Mobil kitabxana” proqramının elektron məlumat bankına siyasi, hüquqi, iqtisadi, tarix, bədii və uşaq ədəbiyyatı, biznes, menecment, dərslik, mədəniyyət, turizm və müasir elm sahələrinə dair beş mindən çox milli və xarici ədəbiyyat daxil edilmişdir. Proqramda baza üzrə sərlövhə və müəllifə görə axtarış aparmaq mümkündür. Axtarış sistemi tərəfindən istifadəçiyə kitabın üz qabığı və ona dair qısa informativ məlumat (müəllifi, kitabın adı, İSBN nömrəsi, kateqoriyası, faylın həcmi) ekranda təqdim olunur. Proqramda hər bir oxucu fərdi rəfini yarada və ona lazım olan kitabları bazadan seçərək şəxsi rəfində yerləşdirə bilər. Rəfdə yerləşdirilmiş kitablar üçün əlfəcin funksiyası da nəzərdə tutulub. Yəni hər bir istifadəçi rəfində olan kitablardan birini oxuyub yarıda tərk etdikdən sonra, həmin kitab yenidən seçilən zaman tərk edilmiş səhifədən təqdim olunur. Kitabın mətnində sözə görə axtarış aparmaq, istənilən hissənin surətini çıxarmaq və ya digər əlaqə vasitələri ilə seçilmiş hissəni başqa şəxslərə göndərmək mümkündür. Proqram həmçinin, offlayn rejimində, cihazın İnternetə çıxışı olmadığı zamanda da işlək vəziyyətdə olur. Yəni oxucu bazadan seçərək “Mənim kitablarım” bölməsinə yüklədiyi kitablardan müntəzəm istifadə edə bilər. Bu mobil proqram vasitəsi ilə oxucular zaman və məkandan asılı olmayaraq, müxtəlif sahələri əhatə edən, mütəmadi yenilənən və çoxspektrli məlumat bazasına çıxış əldə edəcəklər.